24/08/2022
10:09
2631
| A A A
Çempionlar Liqası: Bu gün qrup mərhələsinin bütün iştirakçıları bilinəcək

Bu gün UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulacaq.

Goal.az xəbər verir ki, ikinci oyun günündə keçiriləcək 3 cavab qarşılaşması ilə qrup mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Dinamo Zagreb klubu Xorvatiyada Norveçin Budo/Glimt komandasını sınağa çəkəcək. Zaqreb təmsilçisi ilk matçda 0:1 hesabı ilə uduzub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi Trabzonspor da cavab oyununu evdə keçirəcək. Qara dəniz təmsilçisi Danimarkada 1:2 hesabı ilə məğlub olduğu Kopenhagen-i qəbul edəcək.

PSV isə Niderlanda Şotlandiya Rangers-i ilə münasibətlərinə aydınlıq gətirəcək. Qlazqodakı ilk görüşdə heç-heçə qeydə alınıb - 2:2.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. Dinamo Zagreb (Xorvatiya) - Budo/Glimt (Norveç)

İlk oyun - 0:1

23:00. Trabzonspor (Türkiyə) - Kopenhagen (Danimarka)

İlk oyun - 1:2

23:00. PSV (Niderland) - Rangers (Şotlandiya)

İlk oyun - 2:2

Qeyd edək ki, hazırda qrup mərhələsinin 32 iştirakçısından 29-u məlumdur.

GÜNÜN ƏN ÇOX OXUNANLARI