Trabzonspor-da yeni hücumçu
Trabzonspor heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, Qaradəniz təmsilçisi türkiyəli forvard Umut Bozokla razılaşıb.
Müqavilə ilə Lorient-ə məxsus olan hücumçu Trabzonspor-a keçidini tamamlamaq üçün Türkiyəyə gəlib.
Ötən mövsümü Kasımpaşa-da icarədə keçirən 25 yaşlı forvard Super Liqada 20 qolla bombardir olmuşdu.