07/11/2022
17:34
5081
| A A A
Konfrans Liqası: Qarabağ-ın rəqibi bəlli oldu

Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Goal.az xəbər verir ki, Azərbaycan təmsilçisi Qarabağ-ın da rəqibi bəlli olub.

Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən Ağdam təmsilçisi Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşə bilərdi. Azərbaycan çempionunun bəxtinə Belçika Gent-i düşüb.

Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. Qarabağ bütün səpələnməmişlər kimi ilk oyunu evdə keçirəcək.

Avropa Konfrans Liqası

Pley-off mərhələsi

Qarabağ (Azərbaycan) – Gent (Belçika)

Trabzonspor (Türkiyə) – Basel (İsveçrə)

Lazio (İtaliya) – CFR (Rumıniya)

Bude/Glimt (Norveç) – Lech (Polşa)

Braga (Portuqaliya) – Fiorentina (İtaliya)

AEK (Larnaka, Kipr) – Dnepr-1 (Ukrayna)

Sheriff (Moldova) – Partizan (Serbiya)

Ludogorets (Bolqarıstan) – Anderlecht (Belçika)

GÜNÜN ƏN ÇOX OXUNANLARI