Trabzonspor qapıçısını icarəyə verdi
Trabzonspor qapıçısı Arda Akbulutu Adanaspor-a icarəyə verib.
Goal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı qolkiper Adana təmsilçisi ilə 1.5 illik icarə müqaviləsi imzalayıb.
Arda Trabzonspor-un öz yetirməsidir. O, bu klubun əsas komandasında 6 oyun keçirib. Ötən il Bandırmaspor-da da icarədə olmuş qolkiper, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.