24/01/2018
11:12
1534
| A A A
"Tractor" irqi ayrı-seçkiliyə etiraz edir

"Tractor" İran Futbol Federasiyasını FIFA-nın qaydalarına riayət etməyə çağırır.

Goal.az xəbər verir ki, klub İran stadionlarında Azərbaycan türklərinə qarşı irqi ayrı-seçkiliyə etiraz edir. Futbol Federasiyasına təqdim olunan rəsmi etiraz müraciətində, irqi ayrı-seçkilik nümayiş etdirənlərin FIFA-nın prinsiplərinə uyğun bir şəkildə cəzalandırılması tələb edilib.

Etiraz dekabrın 29-da Tehranın Azadi Stadionunda Persopolis komandası ilə keçirdiyi matç zamanı baş verən olaylarla əlaqəlidir. Həmin matçda çəkilən və sosial şəbəkələrdə yayımlanan videolarda tehranlı azarkeşlərin türklərə qarşı səsləndirdiyi aşağılayıcı ifadələr işlənib.

Perspolis azarkeşlərinin səsləndirdiyi “eşşək” kəlməsi FIFA-nın daha əvvəl yayımladığı sənədlərdə irqi ayrı-seçkilik nümunəsi kimi göstərilib. Tehranlı azarkeşlər aşağılayıcı ifadəni bu dəfə türk dilində səsləndiriblər.

Matçdan sonra Təbriz klubu İran Futbol Federasiyasının İntizam Komitəsinə müraciət edərək Persepolis komandasından rəsmi olaraq şikayət etmişdi. Komitə Persepolis komandasını bir matçda azarkeş dəstəyindən məhrum etməklə yanaşı, hər iki komandaya pul cəriməsi tətbiq edib.



Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17093 səs