26/04/2018
11:38
2700
| A A A
İran prezidenti Tractor'a nə söz verdi?

İran prezidenti Həsən Ruhani Tractor'a dəstək olacağını bildirib.

Təbrizə səfər edən ölkə başçısı xalqa səslənib. O, Azərbaycan türkcəsini “İran torpaqlarının xoş qoxulu çiçəyi və iftixar qaynağı” adlandırıb. Ruhani Şərqi Azərbaycan ostanının valisindən, yerli universitetlərdən bu dilin inkişaf etdirilməsini istədiyini deyib:

“Şərqi Azərbaycan valisindən, yerli səlahiyyətli şəxslərdən və universitetlərdən türk dili və ədəbiyyatının gücləndirilməsi üçün lazımi kitabların çap edilməsini istəyirəm”.

Ruhani həmçinin, Təbrizin “Tractor” klubundan da danışıb. O, aşağı liqaya düşmə təhlükəsi olan bu komandaya lazımi dəstək göstərəcəyinə söz verib.

Xatırladaq ki, Tractor İran çempionatında 11-ci pillədə qərarlaşıb. “Qırmızı qurdlar”ı “təhlükəli zona”dan 7 xal ayırır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33299 səs