17/12/2020
23:04
5145
| A A A
İlin ən yaxşı məşqçisi bilindi

FİFA 2020-ci ilin ən yaxşı məşqçisinin adını açıqlayıb.

Goal.az xəbər verir ki, The Best mükafatının təqdim olunma mərasimində bu ada Liverpool-un baş məşqçisi Yurhen Kloppun layiq görüldüyü bəyan edilib.

Milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermədə birinci olan almaniyalı mütəxəssis Marselo Byelsa (Argentina, Leeds United) və Hans-Diter Fliki (Almaniya, Bayern Münich) qabaqlayıb.

Niderlandın qadınlardan ibarət əsas yığmasının baş məşqçisi Sarina Viqman isə qadın namizədlər arasında birinci olub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI