03/01/2021
14:56
3906
| A A A
Tractor Asiyanın ən populyar klubu oldu

Cənubi Azərbaycanda ən çox türk azarkeşinə malik Traktor Asiyanın ən populyar klubu seçilib.

Goal.az xəbər verir ki, bu, Asiya Futbol Konfederasiyasının (AFC) keçirdiyi sorğu nəticəsində müəyyənləşib. Qurumun rəsmi saytında 2020-ci il ərzində aparılmış sorğuda finala yüksələn Traktor həlledici səsvermədə 51,14 faiz səs yığıb.

AFC rəhbərliyi bu münasibətlə Təbriz klubunu təbrik edib.

Qeyd edək ki, İran çempionatında 9 turdan sonra 13 xalı olan Traktor 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI