UEFA 2020-ci ilin rəmzi komandası ilə bağlı səsvermənin nəticələrini açıqlayıb.
Goal.az xəbər verir ki, ən yaxşı "11-lik"də Bayern Münich-in 4 futbolçusu yer alıb.
Həmçinin Barcelona-dan Lionel Messi, Juventus-dan Kriştiano Ronaldo və PSG-dən Neymar da rəmzi komandaya düşüb.
Qapıçı: Manuel Noyer (Bayern Münich)
Müdafiəçilər: Yozua Kimmix, Alfonso Deyvis (hər ikisi Bayern Münich), Serxio Ramos (Real Madrid, İspaniya), Vircil Van Deyk (Liverpool, İngiltərə)
Yarımmüdafiəçilər: Lionel Messi (Barcelona), Kevin De Bröyne (Manchester City, İngiltərə), Tyaqo Alkantara (Liverpool)
Hücumçular: Kriştiano Ronaldo (Juventus), Robert Levandovski (Bayern Münich), Neymar (PSG)
Qadın futbolçulardan ibarət rəmzi "11-lik" isə aşağıdakı kimidir:
Qapıçı: Sara Buaddi (Lyon, Fransa)
Müdafiəçilər: Maqdalena Eriksson (Chelsea, İngiltərə), Vendi Renar, Kadeyşa Byukenen (hər ikisi Lyon), Lusi Bronz (Manchester City, İngiltərə)
Yarımmüdafiəçilər: Amandin Şantal Anri, Sara Byork Qunnarsdottir (hər ikisi Lyon), Keyra Hamraoui (Barcelona, İspaniya)
Hücumçular: Delfin Kaskarino (Lyon), Pernilla Harder (Chelsea), Daniel Van de Donk (Arsenal, İngiltərə)
Qeyd edək ki, sorğuda 6 milyona yaxın azarkeş iştirak edib.