Bu gün France Football nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının sahibi açıqlanacaq.
Goal.az xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Mükafata əsas namizədlər Robert Levandovski (Bayern Münich), Lionel Messi (PSG) və Kərim Benzema (Real Madrid) göstərilir. Ümumilikdə isə "Qızıl top"a 30 futbolçu iddialıdır.
Qapıçı: Canluici Donnarumma (Milan, İtaliya / PSG, Fransa)
Müdafiəçilər: Leonardo Bonuççi, Corcio Kyellini (hər ikisi Juventus, İtaliya), Ruben Diaş (Manchester City, İngiltərə), Sezar Azpilikueta (Chelsea, İngiltərə), Simon Kyaer (Milan, İtaliya)
Yarımmüdafiəçilər: Nikolo Barella (İnter, İtaliya), Luka Modriç (Real Madrid, İspaniya), Kevin de Bruyne, Fil Foden, Riyad Mahrez (hamısı Manchester City, İngiltərə), Jorjinyo, Nqolo Kante, Meyson Maunt (hamısı Chelsea, İngiltərə), Pedri (Barcelona, İspaniya), Bruno Fernandeş (Manchester United, İngiltərə)
Hücumçular: Lautaro Martinez (İnter, İtaliya), Kərim Benzema (Real Madrid, İspaniya), Rəhim Sterlinq (Manchester City, İngiltərə), Kriştiano Ronaldo (Manchester United, İngiltərə), Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSG, Fransa), Erlinq Holand (Borussia Dortmund, Almaniya), Romelu Lukaku (Chelsea, İngiltərə), Harri Keyn (Tottenham, İngiltərə), Robert Levandovski (Bayern Münich, Almaniya), Jerar Moreno (Villarreal, İspaniya), Məhəmməd Salah (Liverpool, İngiltərə), Luis Suarez (Atletico Madrid, İspaniya).
Qeyd edək ki, qalibi dünyanın 96 jurnalistinin səsverməsi nəticəsində müəyyənləşən "Qızıl top" mükafatı pandemiya səbəbindən ötən il heç bir oyunçuya verməyib. 2019-cu ildə isə bu mükafatı Lionel Messi qazanıb.