Bu gün “The Best” mükafatının qalibləri açıqlanacaq
Bu gün FİFA-nın ilin ən yaxşı oyunçusuna təqdim etdiyi “The Best” mükafatının sahibi bəlli olacaq.
Goal.az az xəbər verir ki, mükafatlandırma mərasimi İsveçrənin Sürix şəhərində, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Ən yaxşı futbolçu adına PSG-dən Lionel Messi, Bayern Münich-dən Robert Levandovski və Liverpool-dan Məhəmməd Salah namizəddir.
2021-ci ilin ən yaxşı baş məşqçisi adına namizədlər İtaliya millisinin çalışdırıcısı Roberto Mançini, Manchester City-nin baş məşqçisi Pep Qvardiola və Chelsea-nin baş məşqçisi Tomas Tuxeldir.
Tədbirdə həmçinin, ilin ən yaxşı qolu, azarkeşi, feyr-pley mükafatı, həmçinin qadınlar və kişilərdən ibarət ilin rəzmi komandası məlum olacaq.