20/06/2022
18:43
2455
| A A A
Traktor-un yeni baş məşqçisi müəyyənləşdi

Cənubi Azərbaycanın Traktor klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Goal.az Təbriz klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu posta Kurban Berdıyev təyin olunub.

70 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Berdıyev əsas komanda ilə yanaşı, klubun akademiyasına və bütün bütün yaş qruplarına nəzarət edəcək.

Son klubu Qazaxıstan Kairat-ı olan Berdıyev Traktor-un “sükanı arxasında” Ertuğrul Sağlamı əvəzləyib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI