11/04/2019
09:47
1700
| A A A
Avropa Liqasında 1/4 final mərhələsi start götürür

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Goal.az xəbər verir ki, azarkeşlər 4 qarşılaşmaya şahidlik edəcəklər.

İspaniyada bu ölkənin iki təmsilçisi Villarreal-la Valencia avrokubok görüşündə üz-üzə gələcək.

İngiltərə klubları fərqli rəqiblərlə qarşılaşacaq. Turnirin favoritlərindən sayılan Chelsea Çexiyada Slavia-nın qonağı olacaq.

Mayın 29-da Bakıda keçiriləcək final matçında iştirakı qarşısına məqsəd qoyan Arsenal-la Napoli öncə yarımfinala çıxmaq üçün münasibətlərinə aydınlıq gətirməli olacaqlar.

Benfica isə Lissabonda Eintracht-ı qonaq edəcək.

Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.

Avropa Liqası

1/4 final, ilk oyunlar

11 aprel

23:00. Arsenal (İngiltərə) – Napoli (İtaliya)

23:00. Slavia (Çexiya) – Chelsea (İngiltərə)

23:00. Villarreal (İspaniya) – Valencia (İspaniya)

23:00. Benfica (Portuqaliya) – Eintracht (Almaniya)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33300 səs