11/04/2019
13:20
1979
| A A A
İspaniya Kubokunun yeni formatı açıqlandı

İspaniya Kral Futbol Federasiyası (RSFF) növbəti mövsümdən ölkə kubokunun formatını dəyişdirməyi planlaşdırır.

Goal.az-ın məlumatına görə, yarımfinal görüşlərinə qədər oyunların ikidən birə endirilməsi gündəmdədir. Turnirdə 128 komanda yer alacaq ki, bunların 20-si La Liqa təmsilçiləri olacaq. Sequndadan 22, üçüncü liqadan 32, dördüncü liqadan 36 və regional liqalardan 18 kollektiv Kral Kubokunda yer alacaq.

Yarışın ilk turu dekabra təsadüf edəcək. İspaniya Super Kubokunda iştirak edən klublar 1/32 finaldan mübarizəyə qoşulacaqlar. Yeni formatda daha az oyun olacaq və aşağı liqada yer alan komandanın meydanında bir oyun olacaq. İki kollektiv də eyni liqadan olsa, növbəti mərhələyə ilk vəsiqə qazanan tərəf meydan sahibi sayılacaq.

RSFF ilk oyunları dekabrda, beş turu yanvarda, digər üç turu isə fevralda təşkil edəcək.

İspaniya Kubokunun finalı 2020-ci il may ayının ikinci yarısında keçiriləcək.

Qeyd edək ki, cari mövsüm İspaniya Kubokunda 83 komanda olub. Kubokun mayın 25-də baş tutacaq finalında Barcelona və Valencia komandaları qarşılaşacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17386 səs