19/04/2019
10:22
1621
| A A A
Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

UEFA Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

Goal.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçlarından sonra bu ada Pedro Rodriqes (Chelsea, İngiltərə), Filip Kostiç (Eintracht, Almaniya), Petr Şevçik (Slavia, Çexiya) və Antonio Latorre (Valencia) iddia edir.

Pedro və Şevçik Chelsea-nin Slavia-nı 4:3 hesabı ilə məğlub etdiyi görüşdə dubla izma atıblar. Petr həm də məhsuldar ötürmə ilə yadda qalıb. Kostiç Portuqaliya Benfica-sını 2 cavabsıq qolla üstələdikləri oyunda bir dəfə fərqlənib. Latorre isə Villarreal-ı 2:0 udduqları qarşılaşmada hesabı açıb.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5098 səs