03/05/2019
16:05
1328
| A A A
“Final üçün şanslar bərabərdir” – Emeri

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında Valencia-nı 3:1 hesabı ilə məğlub edən Arsenal-ın baş məşqçisi Unay Emeri matçdan sonra açıqlama verib.

Goal.az xəbər verir ki, ispan mütəxəssis, finala vəsiqə uğrunda şansların bərabər olduğunu deyib:

“Cavab oyununun çətin olacağını bildiyimiz üçün öz meydanımızda yaxşı nəticə əldə etmək istədik. Buraxdığımız qoldan sonra sakit və yaxşı oynamağa davam etdik. Tez vurduğumuz qollar bizə inam verdi. Üçüncü qolu vurmaq bizim üçün çox vacib idi. Valencia da çox yaxşı komandadır. Final üçün şanslar bərabərdir.

Daha yaxşı oynamaq üçün çalışmağa davam edəcəyik. Bu oyun üçün xoşbəxt ola bilərik. Eyni şəkildə İspaniyadakı oyuna hazırlaşacağıq. Cavab oyununun daha çətin olacağını bilirik”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17091 səs