10/05/2019
01:00
2215
| A A A
Avropa Liqasının finalçıları müəyyənləşdi: Arsenal bu mövsüm ikinci dəfə Bakıda!

Futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşib.

Goal.az xəbər verir ki, İngiltərənin Arsenal komandası bu mövsüm ikinci dəfə Bakıya səfər edəcək.

"Topçular" yarımfinalda İspaniya Valencia-sını üstələyib. Londondakı ilk görüşdə 3:1 hesablı qələbə qazanan Unay Emerinin baş məşqçi olduğu kollektiv səfərdə də 2 top fərqi ilə qalib gəlib - 4:2. Arsenal-ın qollarından 3-nü Pyer Emerik Obameyanq, digərini Aleksandr Lyakazett vurub. Valencia-dan isə bu gün 32 yaşı tamam olan Kevin Qameyro fərqlənib.

Mayın 29-da Bakıda keçiriləcək həlledici qarşılaşmada İngiltərə Arsenal-ına Chelsea rəqib olub. "Zadəganlar" yarımfinalda Almaniya Eintracht-ı ilə həm səfər, həm də ev matçını 1:1 hesablı heç-heçə ilə başa vurub. Əlavə vaxtda da nəticə dəyişmədiyi üçün qalib penaltilər seriyası ilə müəyyənləşib.

Bu zaman Chelsea-dən Sezar Aspilikueta, Eintracht-dan isə Martin Hinteregger və Qonsalo Pasiensia dəqiq olmayıb. Nəticədə London komandası 4:3 hesabı ilə qələbə qazanaraq, həlledici görüşdə iştirak hüququna yiələnib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq Arsenal - Chelsea qarşılaşması saat 23:00-da başlanacaq. Arsenal kimi Chelsea də bu arenada meydana çıxıb. 2017-2018 mövsümündə "zadəganlar" Qarabağ-la Çempionlar Liqasının qrup oyununu böyük hesablı qələbə ilə başa vurub - 4:0.

Avropa Liqası, Yarımfinal, cavab oyunları

9 may

Avropa Liqası

Yarımfinal, cavab oyunları

9 may

Valencia (İspaniya) – Arsenal (İngiltərə) - 2:4

Qollar: Kevin Qameyro, 11; 58 - Pyer-Emerik Obameyanq, 17; 69; 88. Aleksandr Lyakazett, 50

Baş hakim: Danni Makkeli (Hollandiya)

Valensiya. “Mestalya” stadionu

İlk oyun - 1:3


Chelsea (İngiltərə) – Eintraxht (Almaniya) - 1:1 (ƏLAVƏ VAXT - 0:0, penaltilərlə - 4:3)

Qollar: Ruben Loftus-Çik, 28 - Luka Yoviç, 49

Penaltilər seriyası: Sebastyan Alle (0:1), Ross Barkli (1:1), Luka Yoviç (1:2), Sezar Aspilikueta (1:2), Conatan de Quzman (1:3), Jorjinyo (2:3), Martin Hinteregger (2:3), David Luis (3:3), Qonsalo Pasiensia (3:3), Eden Azar (4:3)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

London. “Stemford Bric” stadionu

İlk oyun - 1:1.





Zeynəb Əliyeva

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17093 səs