14/06/2019
20:33
5721
| A A A
Barcelona futbolçusunu 30 milyona satır

Barcelona-nın yarımmüdafiəçisi Andre Qomes birdəfəlik İngiltərəyə köçməyə hazırlaşır.

Goal.az-ın məlumatına görə, Portuqaliya millisinin üzvü Everton-a keçmək üzrədir.

Ötən mövsümü icarə əsasında Liverpul təmsilçisində keçirən Qomesin çıxışı klub rəhbərliyini qane edib. Bu səbəbdən Everton onun birdəfəlik transferi üçün qarşı tərəflə danışıqlara başlayıb. Klublar 30 milyon avroda ortaq məxrəcə gəliblər. 26 yaşlı oyunçu tezliklə Everton-la uzunmüddətli müqavilə imzalayacaq.

Qeyd edək ki, Barcelona Andre Qomesi 2016-cı ildə Valencia-dan transfer etmişdi.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
581 səs