Barcelona gənc futbolçusunu icarəyə verdi
Barcelona futbolçusu Niko Qonsalesi icarəyə verib.
Goal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 2022/2023 mövsümünü Valencia-da keçirəcək. Niko artıq "yarasalar" üçün tibbi müayinədən keçib və komandaya qoşulub.
Valencia Barcelona-ya oyunçunun icarəsi üçün pul ödəməyəcək.