Valencia-da yeni transfer
Valencia heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, La Liqa təmsilçisi Portuqaliyanın Vitoria klubundan Andre Almeydanı transfer edib.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı futbolçu ilə 6 illik müqavilə imzalanıb. Valencia bu transfer üçün Vitoria-ya 7.5 milyon avro ödəyib.