02/09/2022
17:18
2935
| A A A
PSG Valencia-nın futbolçusunu aldı

PSG heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisi Valencia-dan Karlos Soleri transfer edib. İspan futbolçu ilə 5 illik müqavilə imzalanıb. Parislilər bu transfer üçün Valencia-ya 18 milyon avro ödəyiblər.

Karlos Soler Valencia-nın yetirməsidir. O, 2016-cı ildən bu klubun əsas komandasında oynayırdı. Yarımmüdafiəçi La Liqa təmsilçisində bütövlükdə 226 matça çıxıb, 36 qol vurub. İspaniya yığmasının da üzvü olan 25 yaşlı futbolçu, 9 oyunda 3 dəfə fərqlənib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI