02/10/2022
13:54
2866
| A A A
La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

İspaniya La Liqasında VII və VIII turun oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Goal.az xəbər verir ki, qarşılaşmalarda Arema və Persebaya komandaları arasında İndoneziya çempionatının XI tur matçından sonra dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

La Liqa və İspaniya Kral Futbol Federasiyası vəfat edənlərin ailələrinə, həmçinin İndoneziya xalqına başsağlığı verib.

Qeyd edək ki, oyun Persebaya-nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdən sonra Arema azarkeşləri ilə polis arasında qarşıdurma baş verib. Nəticədə 174 nəfər dünyasını dəyişib. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI