“Barcelona-nın təhlükəli epizodlarını xatırlamıram”
Valencia-nın baş məşqçisi Cennaro Qattuzo İspaniya çempionatının 12-ci turunda Barcelona-ya uduzduqları oyunu (0:1) şərh edib.
Goal.az xəbər verir ki, italiyalı mütəxəssis, rəqibin baş məşqçisi Xavinin Barcelona-nın oyunda Valencia-dan üstün olması haqda fikrinin düzgün olmadığını bildirib:
“Xaviyə hörmət edirəm, o, əla məşqçidir, onun futbol fəlsəfəsini bəyənirəm. Amma o deyirsə ki, Barcelona Valencia-dan üstün idi, o zaman mən fərqli fikirdəyəm. Düşünürəm ki, yəqin mən başqa oyuna baxmışam. İlk hissədə çox risk etdik və mən Barcelona-nın təhlükəli epizodlarını ümumiyyətlə xatırlamıram”.