Lazio-dan Valencia-ya
Luis Alberto Lazio-nu tərk edə bilər.
Goal.az xəbər verir ki, ispaniyalı futbolçunun baş məşqçi Maurisio Sarri ilə münasibətləri qaydasında deyil. Bu səbəbdən onun qışda komandasını dəyişmək ehtimalı yüksəkdir.
Luis Albertoya Valencia maraq göstərir. Ancaq La Liqa klubunun maliyyə durumunun yaxşı olmaması keçidi çətinə salır.
Qeyd edək ki, Albertonun Lazio ilə 2025-ci ilin yayına qədər müqaviləsi var.