30/01/2019
20:28
3116
| A A A
Argentinadan Rusiya klubuna

Boca Juniors-un futbolçusu Vilmar Barrios karyerasını Rusiyada davam etdirəcək.Goal.az 

xəbər verir ki, Zenit kolumbiyalı yarımmüdafiəçinin transferi üçün klubuyla razılığa gəlib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Xəbərdə, Zenit-in 25 yaşlı futbolçu üçün Boca Juniors-a 17 milyon avro ödəyəcəyi bildirilib. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Barrios DÇ-2018-də Kolumbiya millisinin heyətində sərgilədiyi oyunla bir neçə klubun diqqət mərkəzinə düşmüşdü. Yarımmüdafiəçiylə Roma da yaxından maraqlanırdı.

Xatırladaq ki, Zenit bir neçə gün əvvəl argentinalı yarımmüdafiəçi Leandro Paredesi PSG-yə satıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34017 səs