12/02/2019
16:34
2234
| A A A
Həyat yoldaşı futbolçudan şikayət etdi

Rusiya millisinin və Zenit klubunun sabiq futbolçusu Andrey Arşavin həbs oluna bilər.

Goal.az Mash nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin keçmiş həyat yoldaşı Alisa Kazmina polisə şikayət edib. Alisanın iddiasına görə, Arşavin onu qarət edib. Qadın iddia edir ki, keçmiş həyat yoldaşı bir neçə naməlum insanla onun evinə gələrək Mersedes GL350 markalı avtomobilini əlindən alıb. Həmçinin bir yerdə yaşadıqları vaxt verdiyi pulu geri istəyib. Əks halda, qadını həbs etdirməklə hədələyib. Keçmiş futbolçunun günahı sübut edilsə, ona bir neçə maddə ilə cinayət işi açılacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15237 səs