22/02/2019
14:17
2260
| A A A
Ramil Şeydayev: "Qarabağ"da qazandığım təcrübənin köməyi olacaq"

"Gələcəkdə "Zenit"ə qayıdacağıma ümid edirəm və bunun olmağını istərdim. Çünki söhbət uşaqlığımdan bəri azarkeşlik etdiyim doğma və sevimli şəhərimin komandasından gedir".

Qol.az-ın məlumatına görə, bu sözləri Rusiya mətbuatına açıqlamasında milli komandamız və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev deyib. Yetirməsi olduğu "Zenit" klubuna qayıtmaq istədəyini bildirən 22 yaşlı futbolçu "Qarabağ"dakı karyerasını da xatırlayıb. Ramil Ağdam klubunun heyətində Çempionlar Liqasındakı iştirakının onun üçün böyük təcrübə olduğunu söyləyib:

"Əlbəttə, hər şey göz qabağındadır. Amma onu deyim ki, bu təcrübə sadəcə verilmir, insanı oyundan oyuna təhlil aparmağa vadar edir, böyüdür. Ümid edirəm ki, orada qazandığım təcrübənin mənə köməyi olacaq. Çempionlar Liqası elə bir atmosferdir ki, yenidən ora düşmək istəyirsən. Amma həm də başa düşürsən ki, bunun üçün çox çalışmaq lazımdır.

"Krılya Sovetov"dakı vəziyyətindən də söz açan Şeydayev orada hər şeyin ürəyincə olduğunu deyib: "Həm şəhər, həm komanda, həm də mənim üçün yaradılan şərait çox xoşuma gəlir. Ən əsası isə "Krılya Sovetov"da inkişaf etmək üçün hər cür imkan var. Buna görə buradayam. Oynamağa hazıram".

"Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviçlə bağlı da fikirlərini bildirən forvard serbiyalı mütəxəssisdən ağızdolusu danışıb: "Onun məşqləri çox xoşuma gəlir. İlk növbədə komandadakı ab-havanı dəyişib. Burada məşq etməkdən, həzz alıram. Hər şey qaydasında gedir. Burada təkcə mənim üçün yox, bütün kollektiv üçün rahatdır".

Qeyd edək ki, Ramil 2017-2018 mövsümündə icarə əsasında "Qarabağ"ın formasını geyinib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34018 səs