Sərdar Azmun Almaniya nəhənginə keçdi - RƏSMİ
Zenit-in futbolçusu Sərdar Azmun növbəti mövsümdən Bayer Leverkusen-də çıxış edəcək.
Goal.az xəbər verir ki, 27 yaşlı hücumçu ilə 2027-ci ilədək müqavilə bağlanılıb. İranlı forvard yeni komandasına Zenit-lə hazırkı sözləşməsi bitdikdən sonra keçəcək.
Qeyd edək ki, bu mövsüm Sərdar Azmun bütün turnirlərdə 21 oyuna 10 qol vurub və 4 məhsuldar ötürmə verib.