04/02/2022
17:46
4827
| A A A
Dzyuba Türkiyə nəhənginə keçə bilər

Zenit-in futbolçusu Artyom Dzyuba karyerasını Türkiyədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, Fenerbahçe 33 yaşlı rus forvardın xidmətində maraqlıdır.

Artıq klubun nümayəndələri müqavilənin detallarını müzakirə etmək üçün futbolçu ilə əlaqə saxlayıb. Yaxın günlərdə Fenerbahçe rəhbərliyi ilə Dzyuba arasında görüş baş tutacağı gözlənilir.

Xatırladaq ki, Dzyubanın Zenit-lə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.

GÜNÜN ƏN ÇOX OXUNANLARI