Dieqo Kosta Rusiya klubuna keçə bilər
Atletico Madrid-in sabiq hücumçusu Dieqo Kosta karyerasını Rusiyada davam edə bilər.
Goal.az xəbər verir ki, braziliyalı mərkəz hücumçusu ilə Zenit və Krasnodar yaxından maraqlanır. Bildirilir ki, futbolçu artıq adı gedən klublardan rəsmi təkliflər alıb.
Xatırladaq ki, Kostanın son klubu Atletico Mineiro olub.