Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Goal.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutacaq.
Mərhələnin ən çox maraqla gözlənilən oyunlarından biri “Nou Kamp”da olacaq. Burada Barcelona Napoli-ni sınağa çəkəcək.
Azərbaycanlı futbolsevərlərin diqqət mərkəzində olan daha bir qarşılaşma İspaniyada keçiriləcək. Mahir Emrelinin yeni komandası Dinamo Zagreb Sevilla-nın qonağı olacaq. Həmyerlimizin bu oyunda Xorvatiya klubunda debüt edəcəyi gözlənilir.
Avropa Liqasıı
21:45. Barcelona (İspaniya) – Napoli (İtaliya)
21:45. Borussia Dortmund (Almaniya) – Rangers (Şotlandiya)
21:45. Sheriff (Moldova) – Braga (Portuqaliya)
21:45. Zenit (Rusiya) – Real Betis (İspaniya)
00:00. Sevilla (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya)
00:00. Atalanta (İtaliya) – Olympiakos (Yunanıstan)
00:00. Porto (Portuqaliya) – Lazio (İtaliya)
00:00. Leipzig (Almaniya) – Real Sociedad (İspaniya)