Malkom gələcək karyerasıyla bağlı qərar verib
Zenit-in hücumçusu Malkom gələcək karyerası barədə qərarını verib.
Goal.az xəbər verir ki, bir müddət əvvəl Malkomun Peterburq klubunu tərk edəcəyi ilə bağlı şayiələr yayılmışdı. Futbolçunun agenti Luis Fernando Qarsiya bu xəbərlərlə bağlı azarkeşlərə açıqlama verib. "Malkom heç yerə getmir. O, Zenit-də qalmaq istəyir." - Malkomun agenti öz açıqlamasında bildirib.
Qeyd edək ki, Malkom bu mövsüm Zenit-in heyətində 13 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.