22/02/2022
20:51
2955
| A A A
"Hal-hazırda biz yalnız Avropa liqası haqda düşünürük" - Pelleqrini

Real Betis-in baş məşqçisi Manuel Pelleqrini Avropa Liqasında Zenit-lə cavab qarşılaşması haqda danışıb.

Goal.az məşqçinin verdiyi açıqlamanı təqdim edir: "Hal-hazırda biz yalnız Avropa liqası haqda düşünürük. Sevilla ilə derbi haqda danışmaq üçün hələ çox tezdir. Eyni sürətlə davam etməliyik. Bizim mərhələ keçməyimiz hələ dəqiq deyil. 1/8 final mərhələsinə keçidimizi rəsmiləşdirmək istəyirik."

GÜNÜN ƏN ÇOX OXUNANLARI