Galatasaray-dan Zenit-ə
Galatasaray-ın müdafiəçisi Markao karyerasını Zenit-də davam etdirə bilər.
Goal.az xəbər verir ki, Rusiya klubu 26 yaşlı braziliyalı üçün 15 milyon avro təklif edib.
2019-cu ildən Galatasaray-da çıxış edən müdafiəçi İstanbul klubuna Chaves-dən 4 milyon avroya keçib. Onun Türkiyə klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına kimidir.
Qeyd edək ki, Markao 2021/2022 mövsümündə bütün yarışlarda 38 matçda iştirak edib və bir qol vurub.