Zenit-in keçmiş futbolçusu vəfat edib
Zenit-in keçmiş hücumçusu Sergey Dmitriyev 58 yaşında vəfat edib.
Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mərhum futbolçu Zenit-lə birlikdə SSRİ çempionatının qızıl medalını və kubokunu qazanıb.
Dmitriyev Moskvanın CSKA və Spartak komandalarında da çıxış edib, onlarla birlikdə bir dəfə ölkə çempionu olub. O, 1988-ci il Avropa çempionatının gümüş mükafatçısı idi.