01/09/2016
00:09
15694
| A A A
"Qəbələ" heyətini xorvat futbolçu ilə gücləndirib

Transfer pəncərəsinin son günündə "Qəbələ" daha bir transferini həyata keçirib. Goal.az xəbər verir ki, bölgə klubu Ruslan Qurbanovun ardından xorvatiyalı yarımmüdafiəçi Peter Franyiçlə anlaşıb. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolda ilk addımlarını “Croatia Sesvete” klubunda atan cinah yarımmüdafiəçisi 17 yaşında Xorvatiyanın ən titullu komandası olan Zaqreb “Dinamo”sunu

n gənclərdən ibarət heyətinə cəlb edilib. Peşəkar karyerasına da bu klubda başlayan Franyiç 2010-2014-cü illərdə “Dinamo”ya məxsus olub. O, bu müddətdə icarə əsasında “Lokomotiv” (2010), “Radnik” (2010-2013) və “İstra”nın (2013) formasını geyinib. “Dinamo” ilə müqaviləsi başa çatandan sonra Petar “İstra” (2014-2015) və “Split”də (2015-2016) çıxış edib. Franyiç Xorvatiya çempionatının yüksək liqasında 66 oyunda 10 qol vurub.