11/01/2017
14:53
1899
| A A A
Azərbaycanlı futbolçu Yunanıstan Superliqasında oynayacaq

"Sumqayıt"ın futbolçusu Amit Quluzadə karyerasını Yunanıstanda oynayacaq. Goal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi superliqada çıxış edən AEL Larissa klubu ilə 2,5 illik müqavilə bağlayıb. AEL Larissa 14 oyundan sonra 13 xalla turnir cədvəlində 16 komanda arasında 13-cü yeri tutur. Qeyd edək ki, "Qəbələ"nin slovakiyalı sabiq müdafiəçisi Pavol Farkaşla, braziliyalı Dodo da bu komandanın heyətində çıxış edir. 

Xatırladaq ki, Quluzadə karyerası ərzində "Neftçi", "Kayseri Erciyəsspor", "Rəvan", "Qəbələ", "Atletico Portugal" və "Sumqayıt" komandalarının şərəfini qoruyub.  

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
8619 səs