14/07/2017
18:13
8098
| A A A
Leonardo Bonuççi "Milan"da

"Milan" Leonardo Bonuççinin transferini həll edib. Goal.az xəbər verir ki, 30 yaşlı müdafiəçi tibbi müayinədən keçərək "rossoneri" ilə 5 illik müqaviləyə imza atıb. O, 19 nömrəli formanı götürüb. Transferin 40 milyon avroya başa gəldiyi ehtimal olunur. Bonuççi 2010-cu ildən "Juventus"un şərəfini qoruyurdu. İtaliyalı futbolçu "qoca senyora" ilə 6 skudetti, 3 İtaliya Kuboku və Superkubokuna sahib çıxmış, 2 dəfə Çempionlar Liqasında final oynamışdı. Ötən mövsüm onunla baş məşqçi Massimiliano Alleqri arasında konflikt yaşanmışdı. Sonradan münasibətlər yenidən normala dönmüşdü. 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
35923 səs