16/07/2017
10:52
5008
| A A A
"Chelsea" gənc yarımmüdafiəçinin transferini rəsmiləşdirdi

"Monaco"nun yarımmüdafiəçisi Temue Bakayokonun "Chelsea" klubuna transferi rəsmiləşib. Goal.az xəbər verir ki, 22 yaşlı futbolçu "zadəganlar"la 5 illik müqaviləyə imza atıb. Bakayokonun transfer qiyməti 40 milyon avrodur. Fransalı havbek daha öncə Mançesterin 2 məşhur klubuna rədd cavabı vemişdi.

"Chelsea" ilə müqavilə imzalamaq mənim üçün adi iş oldu. Bu klubu sevirəm. Fantastik baş məşqçimiz və komanda yoldaşlarımla birgə çalışmağı səbirsizliklə gözləyirəm" - Bakayoko deyib. O, ötən mövsüm "Monaco"da 51 oyun keçirib və 3 qol vurub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

Real Madrid
%
Liverpool
%
Bayern Munich
%
Roma
%
15187 səs