17/07/2017
16:06
2738
| A A A
"Galatasaray" daha bir braziliyalı müdafiəçi transfer edib

"Galatasaray" müdafiə xəttini gücləndirib. Goal.az xəbər verir ki, "Cim bom" "Sevilla"dan Mariano Ferreyra Filyo ilə rəsmi müqavilə imzalayıb. Transferə görə Əndəlus klubuna 4 milyon avro ödəniləcək. Braziliyalı müdafiəçi 3 illik müqaviləyə imza atıb. Onun illik məvacibi 2.3 milyon avro təşkil edəcək. "Galatasaray" Çempionlar Liqasında vəsiqə qazansa, 250 min, Marionun 40-cı oyununa görə də 250 min avro bonus kimi "Sevilla"nın büdcəsinə köçürüləcək. "Sarı qırmızılar" Türkiyə Superliqası və Avropa kuboklarında "sambaçı"nın meydana çıxdığı qarşılaşmalarda qazanılan hər xala görə 5 min avro bonus da ödəyəcək. 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66364 səs