17/07/2017
16:56
2491
| A A A
Pavel Paşayevin yeni klubu müəyyənləşib

Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayev karyerasını Ukraynada davam etdirəcək. Goal.az xəbər verir ki, 29 yaşlı cinah müdafiəçisi Premyer Liqa təmsilçisi “Olexandriya” ilə müqavilə bağlayıb. Müqavilənin detalları barədə məlumat verilmir. Onun əsas heyətə düşmək üçün Sergey Çebotayevlə rəqabət aparacağı bildirilir.

“Olexandriya” Avropa Liqasının III təsnifat mərhələsində “Zirə”nin potensial rəqibidir. Azərbaycan təmsilçisi Rumıniyada baş tutan ilk görüşdə 1:3 hesabı ilə uduzduğu “Astra”nı mübarizədən kənarlaşdırarsa, Paşayevin yeni komandasına rəqib olacaq.

Qeyd edək ki, Pavel Paşayev ona olan borcunu ödəmədiyi üçün Ukraynanın digər təmsilçisi “Stal”dan ayrılıb. O, həmçinin, “Dnepr”, “Krivbass”, “Karpaty”, “Metallurg” və “Qəbələ”nin formasını geyinib. 29 yaşlı futbolçu Azərbaycan yığmasının heyətində 4 oyun keçirib.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66289 səs