10/07/2018
21:32
11057
| A A A
Ronaldonun transferi RƏSMİLƏŞDİ

Portuqaliya millisi və Real-ın hücumçu Kriştianu Ronaldonun Juventus-a transferi rəsmiləşib. Goal.az xəbər verir ki, bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb. Real onun Juventus-a keçmək arzusunda olduğu üçün ayrılmaq istədiyini və buna qarşı çıxmadıqlarını açıqlayıb. Hələlik, İtaliya çempionu bu transferi rəsmi olaraq açıqlamayıb.

Transferin maddi detalları da açıqlanmır. Lakin İtaliya və İspaniya mətbuatı iki klubun 105 milyon avroluq təzminatla bağlı razılaşdığını iddia edir. Sporting-in yetirməsi olan 33 yaşlı futbolçu Real-a 2009-cu ildə İngiltərənin Manchester United klubundan transfer edilmişdi. O, ikinci pillədəki Rauldan 303 oyun az keçirməsinə baxmayaraq, Madrid təmsilçisinin heyətində çıxdığı 438 qarşılaşmada 451 qol vurmaqla bu klubun ən çox qola imza atan futbolçusudur.