11/07/2018
15:53
1989
| A A A
Riyad Mahrez rəsmən Manchester City-də

Manchester City heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, son ölkə çempionu Premyer Liqanın digər təmsilçisi Leicester City-nin yarımmüdafiəçisi Riyad Mahrezi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əlcəzairli oyunçu ilə 5 illik müqavilə imzalanıb.

City bu transferə görə qarşı tərəfə 60 milyon funt-sterlinq təzminat ödəyib. Bu isə sözügedən klubun tarixində rekord transfer hesab olunur. Bundan əvvəlki rekord isə elə bu ilin yanvar ayında İspaniyanın Athletc” klubundan transfer olunmuş Emerik Laporta məxsus idi - 57 milyon avro.

2014-cü ildə Le Havre-dan 400 min funt-sterlinqə Leicester-ə transfer olunan Əlcəzair yığmasının üzvü bu komandanın 2015/16 mövsümündəki sürpriz çempionluğunda önəmli pay sahiblərindən biri olmuş və Premyer Liqada ilin futbolçusu seçilmişdi.