11/07/2018
16:34
2490
| A A A
Arsenal-dan növbəti transfer

Arsenal heyətini gücləndirməkdə davam edir. Goal.az xəbər verir ki, "topçular" bu dəfə Lorient-in yarımmüdafiəçisi Matteo Qanduzini heyətinə cəlb edib. Müqavilənin şərtləri hələlik açıqlanmır. 19 yaşlı futbolçu yeni klubunda 29 nömrəli formanı geyinəcək.Qanduzi ötən mövsüm Fransa ikinci divizionunda 18 matç keçirib. Həmçinin o, Fransanın gənclərdən ibarət millisinin də üzvüdür.