11/07/2018
17:40
3139
| A A A
Yarmolenko London klubuna keçdi

West Ham UnitedCek Uilşirin ardından daha bir transferini rəsmən açıqlayıb. Goal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Borussia-nın ukraynalı hücumçusu Andrey Yarmolenkonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar. İngiltərə klubunun bu transferə görə 25 milyon avro xərcə düşdüyü bildirilir.

Ukrayna yığmasının da şərəfini qoruyan 28 yaşlı futbolçu Borussia-ya 2017-ci ildə Kiyev Dinamo-sundan transfer olunmuşdu. O, Dortmund təmsilçisinin heyətində cəmi 18 oyun keçirib, 3 qola imza atıb.