11/07/2018
18:00
1499
| A A A
Meksikalı futbolçu Villarreal-a qoşuldu

Villarreal heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, La Liqa təmsilçisi Meksika millisi və Porto-nun müdafiəçisi Migel Layunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Layun 2015-ci ildən Porto-nun şərəfini qoruyurdu. O, geridə qalan mövsümdə icarə əsasında Sevilla-da da çıxış edib.