11/07/2018
19:05
2642
| A A A
Atletico Real-ın yetirməsini transfer edib

Atletico  heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, Madrid təmsilçisi qapıçı Antonio Adanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

31 yaşlı qolkiper yeni klubu ilə 2 illik müqavilə bağlayıb. Betis-lə müqaviləsinin müddəti bu yay başa çatan futbolçu Atletico-ya azad agent kimi keçib.

Qeyd edək ki, Adan 2014-cü ildən Betis-də çıxış edirdi. Madrid Real-ının yetirməsi olan Antonio 2013/14 mövsümündə İtaliyanın Cagliari klubunda da forma geyinib.