09/08/2018
20:39
3797
| A A A
Xorvat futbolçu Atletico Madrid'də
Milan-ın hücumçusu Nikola Kaliniçin Atletico-ya keçidi rəsmiləşib.
Goal.az-ın Madrid klubunun rəsmi saytına istinadən yaydığı məlumata görə, xorvatiyalı futbolçu ilə  3 illik müqavilə imzalanıb. Atletico-nun 30 yaşlı forvard üçün İtaliya klubuna 15 milyon avro ödədiyi iddia olunur.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2017-ci ildən Milan-da çıxış edirdi.