10/08/2018
10:49
2105
| A A A
Sançes yenidən İngiltərəyə qayıtdı

West Ham klubu yarımmmüdafiəçi Karlos Sançesi transfer edib. Goal.az xəbər verir ki, kolumbiyalı ilə iki illik müqavilə bağlanılıb. 32 yaşlı Sançes ötən mövsüm Espanyol-da icarə əsasında cıxış edib. Bundan əvvəl isə 2 il İngiltərə Premyer Liqasında Aston Villa-nın heyətində yer alıb. DÇ-2018-də Kolumbiya millisinin 3 matçında forma geyib.