07/01/2019
10:38
5632
| A A A
Real yeni transferini açıqladı

Real Madrid Manchester City-nin futbolçusu Brahim Diası transfer edib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin yayınadək müqavilə imzalanacaq. Dias bu gün tibbi müayinədən keçdikdən sonra "Santyaqo Bernabeu" stadionunda Real Madrid-in yeni oyunçusu kimi təqdim ediləcək.

Transferin məbləği 15 milyon avro təşkil edəcək. Amma məbləğ bonusların hesabına daha 7,3 milyon avro da arta bilər.

Xatırladaq ki, Brahim Dias Malaga-nın yetirməsidir. O, Manchester City akademiyasına 2013-cü ildə keçib və 3 il sonra debüt edib. Dias bu mövsüm Premyer Liqada heç bir oyuna çıxmayıb. Yarımmüdafiəçi 2016-ci ildə Bakıda 17 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatında populyarlaşıb. İspaniya millisinin Mərakeş əsilli futbolçusu çempionat ərzində 3 qol vurub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3639 səs